SON XƏBƏRLƏR

ABŞ Konqresində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” mövzusunda dinləmələr keçirilib

2021.10.20, 07:36
ABŞ Konqresində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” mövzusunda dinləmələr keçirilib

Gunaz.tv
ABŞ Konqresində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” mövzusunda dinləmələr keçirilib abskonqresinumayendelerpalatasi.jpg Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” başlığı altında dinləmələr keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələri açıq elan edən komitənin rəhbəri, Kaliforniya ştatından olan ermənipərəst konqresmen Hovard Berman bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması ABŞ-ın maraqlarına ziddir. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin bağlı olması 1922-ci il Qars müqaviləsinin bəndlərinə ziddir və rəsmi İrəvanın İranın təsiri altında qalmasını sürətləndirir. Komitə sədri iki ölkə arasında sərhədlərin 1993-ci ildən etibarən bağlı saxlanmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməsini də səhv addım adlandırıb. Qeyd edək ki, Hovard Berman Kaliforniyada təmsil olunan nüfuzlu erməni lobbisi ilə sıx əlaqələrə malikdir. Onun adı ermənilərlə bağlı qalmaqalların birində artıq səslənib. Belə ki, komitə rəhbəri 2001-ci ildə fırıldaqçılıq və terrorçuluq maddələri ilə həbs olunan, 37 ay həbs cəzasına məhkum edilən Erməni Milli Komitəsinin sabiq sədri Murad Topolyanla görüşdüyünə görə yerli icmaların tənqidinə məruz qalıb. Daha sonra dinləmələrdə çıxış edən. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid bildirib ki, Azərbaycan rəsmi Vaşinqtonla bir çox sahələrdə strateji əməkdaşlıq edir. Cənab Frid təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı xüsusi olaraq qeyd edib. Dövlət katibin müavini rəsmi Bakının Əfqanıstan və İraqa sülhməramlı qüvvələr göndərdiyini, NATO ilə faydalı əməkdaşlıq etdiyini, dünyada 3 il davamlı olaraq ən yüksək iqtisadi artım nümayiş etdirdiyini və Avropa üçün mühüm enerji mənbəyi olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Daniel Frid prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşünü mühüm hadisə adlandırıb. ABŞ rəsmisi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edib. Çıxışdan sonra Daniel Frid komitə üzvlərinin suallarını cavablandırıb. Ermənipərəst konqresmenlər Adam Şif (qondarma “erməni soyqırımı” haqqında və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edən qanun layihələrinin müəllifi, Konqresdə Ermənistan üzrə İşçi Qrupun həmsədri, Kaliforniya ştatı), Frenk Pallone (Ermənistan üzrə İşçi Qrupun həmsədri, Nyu-Cersi ştatı), Bred Şerman (jurnalist Hrant Dinkin qətlə yetirilməsini pisləyən və qondarma “erməni soyqırımı”nın tanınmasını tələb edən qanun layihələrin həmmüəllifi, Kaliforniya ştatı), Diana Vatson (Kaliforniya ştatı) və sair dinləmələrdə çıxış ediblər. Ermənipərəst konqresmenlər Türkiyə-Ermənistan sərhədinin açılmasını, qondarma “erməni soyqırımı”nın tanınması və Azərbaycan rəhbərliyinin hərbi çağırışları barədə narahatlıqlarını bəyan ediblər. Daniel Frid Ağ Ev administrasiyasının qondarma “erməni soyqırımı”nı tanımadığını, Azərbaycan rəhbərliyinin sərt bəyanatlarının isə onlarda da narahatçılıq hissi yaratdığını bildirib. Konqresin Türkiyə üzrə İşçi Qrupunun həmsədri, Florida ştatından olan Robert Veksler (Kürd terrorçuların Türkiyə və Türk vətəndaşlarına hücumunu pisləyən qanun layihəsinin müəllifi), Arizona ştatından Cef Flake və İndiana ştatından olan Dan Barton isə diqqəti Türkiyə və Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olmasına, regionda reallaşdırılan iri transmilli layihələrə cəlb ediblər. Qeyd edək ki, bu gün keçirilən dinləmələrə ABŞ-ın Azərbaycan İcmasının nümayəndələri də qatılıblar. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycan Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov komitə üzvlərinə müraciətlər təqdim edərək Azərbaycan-ABŞ münasibətlərinin vacibliyini vurğulayıblar. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar