SON XƏBƏRLƏR

ABŞ Konqresində Qarabağ problemi

2021.10.20, 07:36
ABŞ Konqresində Qarabağ problemi

Gunaz.tv
ABŞ Konqresində Qarabağ problemi İyunun 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Cənubi Qafqaz regionunda gedən son proseslərlə bağlı dinləmələr keçiriləcək. APA-nın ABŞ bürosunun məlumatına görə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində dövlət katibinin müavini Daniel Frid Cənubi Qafqazda cərəyan edən hadisələr, gürcü-abxaz qarşıdurması, Dağlıq Qarabağ münaqişəsində son irəliləyişlər və sair məsələlər ətrafında komitə üzvlərinin suallarını cavablandıracaq. Bir gün sonra isə Senatın xarici əlaqələr komitəsində Marie Yovanoviçin Ermənistana səfir təyin olunması məsələsi müzakirə olunacaq. ABŞ Erməni Milli Komitəsi bu dinləmələrdə Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən "blokadaya" alınması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərinin diqqətdə olacağını bəyan edib. Xatırladaq ki, bundan əvvəl keçirilən dinləmədə səfir postuna namizəd Riçard Xoqland qondarma "erməni soyqırımı"nı tanımadığı açıq şəkildə bəyan etmişdi. ----------------------------------------------------------------------- Prezident İslam Konfransı Təşkilatının baş katibini qəbul edib Azərbaycan prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlunu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən danışılıb, belə bir tədbirin Bakıda keçirilməsi YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatların Azərbaycana olan hörmətinin və bu istiqamətdə ölkədə həyata keçirilən işlərə verilən qiymətin əlaməti kimi dəyərləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar