SON XƏBƏRLƏR

ABŞ konsulluğunun şəklini çəkən iranlılar saxlandı

2021.10.20, 07:36
ABŞ konsulluğunun şəklini çəkən iranlılar saxlandı

Gunaz.tv
ABŞ konsulluğunun şəklini çəkən iranlılar saxlandı Belorus vətəndaşından isə İraq səfirliyinin şəklini çəkdiyi üçün izahat alınıb ABŞ-ın Bakıdakı konsulluğunun Nizami küçəsindəki binasının şəklini çəkən 4 İran vətəndaşı saxlanılıb. Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən verilən məlumata görə, İran vətəndaşları Şəriyət Cəlal Əliəkbər oğlu, Təvəkkulian Həsən Cəfər oğlu, Şəmdiyan Məmməd Həsən oğlu və Alqoroilli Babək Yusif oğlu polislər tərəfindən saxlanılaraq bölməyə aparılıblar. İzahat alındıqdan və hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra saxlanılanlar sərbəst buraxılıblar. Belorus Respublikasının vətəndaşı, 27 yaşlı Andrey Dmitriyeviç Mixiyev isə İraqın Azərbaycandakı səfirliyinin Səbail rayonu ərazisində yerləşən səfirliyinin binasının şəklini çəkərkən saxlanılıb. Səbail RPİ-nin 39-cu polis bölməsindən verilən məlumata görə, bölmədə izahat alındıqdan və hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra A.Mixiyev də sərbəst buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar