SON XƏBƏRLƏR

ABŞ-la BRİTANİYA AZƏRBAYCANDA SABİTLİK TƏLİMLƏRİ KEÇİR

2021.10.20, 07:36
ABŞ-la BRİTANİYA AZƏRBAYCANDA SABİTLİK TƏLİMLƏRİ KEÇİR

Gunaz.tv
Nəzəri hərbi əməliyyatlar ssenarisində Azərbaycan niyə yer alır? Azərbaycan növbəti dəfə Amerika ordusunun keçirdiyi komanda-qərargah təlimlərinin ssenarisində yer alıb. Bu dəfə ABŞ qüvvələri Britaniya ordusunun hissələri ilə birlikdə Azərbaycanda pozulan stabilliyi təmin etmək üçün ölkədə həyata keçirəcəyi əməliyyatları sınaqdan keçirib. “The Fort Leavenworthlamp” qəzetinin xəbərinə görə, “Eagle Owl Exercise” kod adı altında keçirilən manevrlərdə 200-ə yaxın Britaniya zabiti Amerika hərbi hava və dəniz qüvvələrinin zabitləri ilə birlikdə iştirak edib. Manevrlər ABŞ-ın “Leavenworth” hərbi dəniz limanında keçirilir. Təlimlərin gedişində ABŞ və Britaniya ordularının hissələrindən ibarət koalisiya qüvvələrinin Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyənin bəzi regionlarında stabilliyi təmin etmək üçün birgə əməliyyatları sınaqdan keçirilib. Qeyd edək ki, Azərbaycanın Pentaqonun keçirdiyi komanda-qərargah təlimlərinin ssenarisində yer alması birinci dəfə deyil. Məsələn, belə manevrlərin birində Amerika qüvvələri Azərbaycanı cənubdan hücum edən şərti düşməndən azad etmək və ölkədə nəzarəti təmin etmək üçün havadan desant şəklində endirilirdi. Ekspertlərə görə, Azərbaycanın adının bu cür manevrlərin ssenarilərində yer alması onun ABŞ üçün nə dərəcədə mühüm əhəmiyyətə malik olmasını göstərir. Digər tərəfdən, görünür ki, Pentaqon Azərbaycanda ABŞ-ın maraqlarına hər hansı istiqamətdən yarana biləcək mümkün təhlükələrə qarşı cavab variantları hazırlayır. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar