SON XƏBƏRLƏR

ABŞ Maliyyə Nazirliyi İrana sərnişin təyyarələrinin satışı ilə bağlı lisenziyanı ləğv edib

2021.10.20, 07:36
ABŞ Maliyyə Nazirliyi İrana sərnişin təyyarələrinin satışı ilə bağlı lisenziyanı ləğv edib

Gunaz.tv

GünAzTV: ABŞ Maliyyə Nazirliyi iyunun 27-də bəyanat yayaraq, İrana sərnişin təyyarələrinin satışı ilə bağlı lisenziyanı ləğv etməsindən xəbər verib.

 

Bəyanatda bildirilir ki, Təyyarə istehsal edən amerikalı şirkətlərin İrana sərnişin təyyarəsi satmasına qadağa qoyulur. Nazirlik həmçinin Amerika şirkətlərinin İrandan xalça, püstə, kürü (xavyar) və digər qida məhsullarının idxalı ilə bağlı lisenziyasını ləğv edib. Bəyanatda bildirilir ki, həmin şirkətlər sanksiyaya məruz qalmaq istəmirsə, avqust ayının 6-sına qədər İrandan əmtəə idxalını dayandırmalı, Tehranla ticarət əlaqələrini kəsməlidirlər.

 

Qeyd edək ki, Amerikanın təyyarə istehsal edən şirkətlərinin İrana sərnişin təyyarələrinin satışına imkan verən lisenziya, Qərblə İran arasında nüvə sazişi imzalanmasından az sonra verilmişdi.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasına və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar