SON XƏBƏRLƏR

ABŞ Maliyyə Nazirliyi “Sepah”ın “Qüds” qanadı ilə əməkdaşlıq edən İranın 4 şirkət və qurumuna sanksiya qoyub

2021.10.20, 07:36
ABŞ Maliyyə Nazirliyi “Sepah”ın “Qüds” qanadı ilə əməkdaşlıq edən İranın 4 şirkət və qurumuna sanksiya qoyub

Gunaz.tv

GünAzTV: ABŞ Maliyyə Nazirliyi yanvarın 24-də bəyanat yayaraq, “Sepah”ın “Qüds” qanadı ilə əlaqədə olan və “Mahan Air” aviasiya şirkəti ilə əməkdaşlıq edən İranın 4 şirkət və qurumuna sanksiya qoyduğunu açıqlayıb.

 

Bəyanatda bildirilir ki, yeni sanksiyalar, “Sepah”ın “Qüds” qanadının Suriya savaşında iştirak edən “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarına, İranın “Mahan Air” aviasiya şirkəti ilə əməkdaşlıq edən “Fars Air Qeshm” aviasiya şirkətinə, eləcə də mərkəzi ofisi Ermənistanda olan, sərnişin daşıyan “LLC” aviasiya şirkətinə şamil edilib.

 

 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin barəsində sanksiya qoyduğu “Sepah”ın “Fatimiyyun” və “Zeynəbiyyun” briqadaları, İrandan Suriya savaşına göndərilən muzdlu Əfqanistan və Pakistan döyüşçülərindən ibarətdir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar