ABŞ Mətbuatı: Qərbin İran siyasəti

2008-06-23 21:02

ABŞ Mətbuatı: Qərbin İran siyasəti Bu günlərdə İsrailin İranın nüvə obyektlərinə qarşı hücum məqsədilə təlimlər keçirməsi haqda xəbər açıqlanıb. Uol Strit Cornal qəzetinin baş məqaləsində İsrailin İranın nüvə proqramına rekasiyası haqda bəhs edilir. Rəsm

Gunaz.tv Quote | Gunaz article

ABŞ Mətbuatı: Qərbin İran siyasəti Bu günlərdə İsrailin İranın nüvə obyektlərinə qarşı hücum məqsədilə təlimlər keçirməsi haqda xəbər açıqlanıb. Uol Strit Cornal qəzetinin baş məqaləsində İsrailin İranın nüvə proqramına rekasiyası haqda bəhs edilir. Rəsmi Tel Əviv adətən özünün həssas hərbi planlarını dünya ictimaiyyətinə açıqlamır. Lakin məqalə müəlliflərinin yazdığına görə 100 təyarədən ibarət hücum təliminin qəzet manşetlərində yer tapması təsadüfi deyil. İsrail uzaq məsafəli təlimlərlə İran rejiminə aydın mesaj göndərir: Ya nüvə proqramını dayandır, ya da hücum edəcəyik! Baş məqalədə məsələnin bu nöqtəyə gəlib çatılmasına görə Qərb dövlətləri günahlandırılır. Son 6 ildə İsrail Buş administrasiyasının və Avropanın İranla bağlı diplomatik səylərini təmkinlə müşahidə edib. Lakin diplomatiya işləməyib, deyə yazıda bildirlir. İran indiyə qədər bütün texniki və iqtisadi yardımla dolu insentivlər paketini rədd edərək atom bombasının istehsalı üçün mühüm olan uran zənginləşdirilməsini dayandırmaqdan boyun qaçırıb. Vaşinqtonun 4 il davam edən yalvarışları və hədələri zəif BMT sanksiyaları və Rusiyanın İrana anti-təyyarə raketləri satması ilə nəticələnib. Belə olan halda İsrailin İranla bağlı məsələni öz əlinə götürməsi təəccüb doğurmur. Baş nazirin müavini Şaul Mofaz bu yaxınlarda xəbərdarlıq edib ki, əgər İran nüvə silahlarnın inkişafını dayandırmasa onda İsrail hücum edəcək. Ötən Sentyabrda İsrailin Suriyadakı obyektlərə zərbələr endirməsi deməyə əsas verir ki, İsrail boş hədələr etmir. Eyni zamanda İrana hava zərbələri Suriya əməliyyatından çox fərqlənəcək. Əvvəla İran İsraildən qat-qat uzaqdadır və onun müdafiəsi daha möhkəmdir. Bundan əlavə İranın cavab qaytarma imkanları böyükdür. Bəzi ekspertlər bu növ hava zərbələrinin regional münaqişəyə gətirib çıxaracağından ehtiyat edirlər. Uol Strit Cornalın müəllif heyətinin fikrincə İrana qarşı son illərdə zəif mövqe tutulması müharibəni mümkün edir. İfrat güzəştlərin müharibə ilə nəticələnməsi isə tarixdə yad fenomen deyil. Vaşinqton Post yazarı Fred Hiatt Buş administrasiyasında son zamanlar cərəyan edən maraqlı debat haqda oxuyucalara məlumat verir. ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri Tehranda ABŞ-ın maraq nümayəndələyinin açılmasını nəzərdən keçirirlər. Bu, əlbəttə, ABŞ-ın İranı diplomatik tanıması demək deyil. Amerikanın oxşar nümayəndəliyi Havanada da fəaliyyət göstərir. Müəllif Hiattın fikrincə İran rejimi ilə münasibətlərin son dərəcə soyuq olmasında baxmayaraq İran xalqı içərisində ABŞ-ın reytinqləri yüksəkdir. Bundan əlavə İran cəmiyyəti daxilində ciddi fikir ayrılıqları və iqtisadi problemlər mövcuddur ki, bunlar hökumətin mövqeyini zəiflədir. Hiattın fikrincə belə bir nümayəndəliyin açılması ABŞ rəhbərliyinə İranın gəncləri və ümümilikdə cəmiyyəti ilə təmas qurmağa imkan verər ki, bu, da ABŞ-ın İran siyasətindəki məqsədlərinə doğru irəliləyiş əldə etməsinə yol aça bilər. Amerikanın Səsi -voa
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14