SON XƏBƏRLƏR

ABŞ Nümayəndələr Palatası İran rəhbərlərinin sərvətinin miqdarını ifşa edəcək layihəni qəbul edib

2021.10.20, 07:36
ABŞ Nümayəndələr Palatası İran rəhbərlərinin sərvətinin miqdarını ifşa edəcək layihəni qəbul edib

Gunaz.tv

GünAzTV: Dekabrın 13-də Amerika Nümayəndələr Palatası İran rəhbərlərinin ümumi sərvətinin miqdarını ifşa edəcək layihəni qəbul edib.

 

Nümayəndələr Palatasında keçirilən səsvermədə, 289 deputat layihənin lehinə, 135 nəfər isə əleyhinə səs verib və beləliklə də layihə səs çoxluğu ilə qəbul edilib. Layihəyə əsasən ABŞ Maliyyə Nazirliyi İran rəhbərlərinin, o cümlədən də dini lider Əli Xamneyinin bütün sərvətinin siyahısını hazırlayıb yaymalı, ifşa etməlidir. Bildirilir ki, layihənin qanuna çevrilməsi üçün növbəti addımda Amerika Senatı onu qəbul etməli, ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

 

Layihə, Nümayəndələr Palatasına təqdim edilərkən, Amerikanın Maine əyalətindən seçilən deputat Bruce Poliquin etdiyi çıxışında deyib ki, İran İslam Respublikası və onun rəhbərləri beynəlxalq terrorizmin əsas himayədarıdır: “İranın 70-ə yaxın yüksək rütbəli rəsmisi, o cümlədən də Xamneyi, çox böyük sərvətlərə yiyələniblər. Onlar həmin sərvətlərdən istifadə edərək terrorçu qruplaşmalara, eləcə də həmişə bizə zərbə vurmaq istəyən qüvvələrə yardım edirlər.

 

Şübhə yoxdur ki, İranın yüksək rütbəli rəsmiləri, o cümlədən də Əli Xamneyi və İranın digər əsas hərbi və siyasi vəzifəli şəxsləri bu qədər pulu, var-dövləti və sərvəti, ölkəyə hakim istibdad, gizli, qeyri-şəffaf, fasid və korrupsiya sistemi sayəsində əldə ediblər. Elə buna görə də hesab edirik ki, terrorizmin əsas himayədarlarının topladığı bu qədər sərvətin miqdarını bilmək və onların mənimsədikləri bu pullardan hansı məqsədlər üçün istifadə etdiklərindən xəbərdar olmaq, İran vətəndaşlarının və dünya əhalisinin haqqıdır”.

 

  

                                                            Bruce Poliquin

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar