SON XƏBƏRLƏR

ABŞ “nurçular”ın liderinə “Yaşıl kart“ verdi

2021.10.20, 07:36
ABŞ “nurçular”ın liderinə “Yaşıl kart“ verdi

Gunaz.tv
ABŞ “nurçular”ın liderinə “Yaşıl kart“ verdi fethullah-gulen.jpg “Nurçular”ın lideri Fətullah Gülən nəhayət ki, ABŞ-dan “Greeen Card” (“Yaşıl kart“) ala bilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Gülənin ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə qarşı qaldırdığı iddia təmin olunub və Pensilvaniya Şərq Dairə Məhkəməsi onun bu ölkədə yaşayıb-işləmək haqqı olduğuna qərar verib. Qeyd edək ki, iyunun 25-də Pensilvaniya Şərq Dairə Məhkəməsi F.gülənin iddiasını rədd etmişdi. F.Gülən “Yaşıl kart” almaq üçün ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinə (USCİK) müraciət etmiş, lakin müraciət qəbul olunmamışdı. Bundan sonra dini lider məhkəməyə üz tutmuşdu. Ancaq məhkəmə onun ABŞ-da yaşamaq, səyahət etmək və işləmək icazəsi verən “Yaşıl kart” almaq üçün irəli sürdüyü arqumentləri yetərli saymamışdı. Məhkəmə qərarına əsasən F.Gülənin 1 ay ərzində ABŞ-ı tərk etməli olduğu bildirilsə də, qanunvericilikdə konkret müddət göstərilmədiyi üçün “nurçular”ın liderinin qeyri-qanuni olaraq daha 6 ay ABŞ-da qalması mümkün sayılırdı. Üstəlik, həmin ərəfədə Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası F.Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd etmişdi. Bununla da F.Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmışdı. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar