SON XƏBƏRLƏR

ABŞ ordusunun azərbaycanlı zabiti

2021.10.20, 07:36
ABŞ ordusunun azərbaycanlı zabiti

Gunaz.tv
ABŞ ordusunun azərbaycanlı zabiti Daha bir konqresmeni Azərbaycan üzrə işçi qrupa cəlb edib ABŞ ordusunun zabiti, soydaşımız Nəimi Əmirəliyevin təşəbbüsü ilə daha bir Konqres üzvü Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. Bu barədə APA-ya bildirən Nəimi Əmirəliyev Virciniya ştatını Konqresdə təmsil edən Rob Vitmanla danışıqlar apardığını, danışıqların yekununda konqresmenin Azərbaycan üzrə İşçi Qrupuna daxil olmaq barədə qərar qəbul etdiyini deyib. Bir saat davam edən görüş ərzində Нəimi Əmirəliyev konqresmenə Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının öz yurd-yuvasından qaçqın düşməsi, Azərbaycanın ABŞ, Avropa və İsraillə strateжi müttəfiqlik münasibətləri barədə məlumat verib. ABŞ Dəniz Donanmasının zabiti olan soydaşımız Konqresmen Rob Vitmana Azərbaycan həqiqətlərini əks etdirən kitablar və disklər də təqdim edib. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq zabiti olan Rob Vitman Konqresin hərbi xidmətlər komitəsinin üzvüdür. Onun Azərbaycan üzrə İşçi Qrupa daxil olması ilə qrupun üzvlərinin sayı 42 nəfərə çatıb. Bundan əvvəl daha 3 konqresmen soydaşımız Nəimi Əmirəliyevin təşəbbüsü ilə Azərbaycan və Türkiyə üzrə işçi qruplara daxil olub. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar