SON XƏBƏRLƏR

ABŞ-Pakistan uzaqlaşması

2021.10.20, 07:36
ABŞ-Pakistan uzaqlaşması

Gunaz.tv
ABŞ-Pakistan uzaqlaşması Əfqanıstanla sərhəddə 11 pakistanlının öldürülməsi İslamabadı qəzəbləndirib Pakistan Amerika hərbçilərinin ötən gün Əfqanıstanla sərhəddə 11 pakistanlı əsgəri öldürməsini "qorxaq hərəkət" adlandırıb. Amerikalılar hava və artilleriya zərbəsini həyata keçirdiklərini etiraf etsələr də, talibanpərəst qüvvələri qanuni surətdə hədəfə aldıqlarını israr ediblər. Lakin İslamabaddakı ABŞ səfirini Xarici İşlər Nazirliyinə dəvət edən Pakistan bu addımı qüvvədən ağılsız istifadə kimi təsvir edib. Məlumatı "Röyters"ə istinadən "Lenta.ru" saytı yayıb. Pakistan bildirib ki, bu, beynəlxalq sərhədin kobudcasına pozulması və Pakistanın Amerikanın başçılıq etdiyi koalisiya ilə əməkdaşlığının əsaslarına zərbədir. Dövlət Departamenti isə insan itkisindən kədərləndiyini bildirib. Ekspertlərin fikrincə, son zamanlar Pakistanla onun Qərb müttəfiqləri arasındakı münasibətlər gərginləşib. "BBC"nin Pakistandakı müxbiri Robert Vatson da qeyd edir ki, hazırda Pakistanla onun Qərb müttəfiqləri arasında münasibətlər pisləşib: "Bu münasibətlərin pozulmasına səbəb tayfalar yaşayan ərazilərin təhlükəlilik dərəcəsinə münasibət məsələsidir. Hazırda İslamabadda yeni mülki hökumət oturub. Bu hökumət hələlik zəif hökumətdir, lakin digər tərəfdən tayfalar yaşayan Vəziristan əyaləti Pakistan hökumətindən daha çox Amerika Birləşmiş Ştatları üçün təhlükə təşkil edir". Onun sözlərinə görə, buna görə də İslamabad hökuməti bu ərazidə olan səhra komandirləri və radikal islamçılarla razılaşma əldə olunmasına çalışır. Bu isə prezident Müşərrəfin qərbyönümlü siyasətindən aralanması deməkdir: "Odur ki, indi istər ABŞ, istərsə də Əfqanıstanda NATO çərçivəsində qoşunları olan ölkələr, həmçinin Əfqanıstan hökuməti Vəziristanda baş verənləri özləri üçün təhlükə hesab edirlər. Onlar bu qənaətdədirlər ki, radikallara və Talibana üz verilməsi, onların Əfqanıstanda NATO üzərinə daha çox hücum etmələrinə imkan yaradacaq. Bu isə artıq çox böyük fikir ixtilafıdır. Pakistan və silahlılar arasında sazişin imzalanması Əfqanıstandakı vəziyyətə konkret olaraq təsir edə bilər". Qərb diplomatları bu qənaətdədirlər ki, Pakistan tayfalar yaşayan ərazilərin problemini kökündən həll etməlidir. Çünki qısamüddətli sövdələşmə ona gətirib çıxara bilər ki, Pakistanın qalan hissəsi də radikal islamçıların girovuna çevrilər. Ancaq Pakistan tərəfi bu arqumenti qulaqardına vurur və bəyan edir ki, onun üçün mühüm olanı öz milli təhlükəsizliyidir. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar