SON XƏBƏRLƏR

ABŞ PJAK-ı terrorçu təşkilat kimi tanımır?

2021.10.20, 07:36
ABŞ PJAK-ı terrorçu təşkilat kimi tanımır?

Gunaz.tv
ABŞ PJAK-ı terrorçu təşkilat kimi tanımır? pjak.thumbnail.jpg Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi: “Bu təşkilat terrorçular siyahısında ayrıca yer almır” ABŞ administrasiyası PKK-nın İran qolu olan PJAK-ı xüsusi olaraq terrorçu təşkilat kimi tanımır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bildirib. Keysi deyib ki, Birləşmiş Ştatlar PJAK-ı PKK-nın imkanlarından və taktikasından istifadə edən silahlı təşkilat görür, lakin terror təşkilatları siyahısında ona ayrıca olaraq yer vermir. İraqdakı Əbu-Qureyb işgəncələrini ilk dəfə ortaya çıxaran məşhur jurnalist Seymur Herş “New Yorker” jurnalında İranla bağlı dərc olunmuş məqaləsində yazıb ki, Birləşmiş Ştatlar prezident Buşun əmri əsasında Tehran rejiminə qarşı gizli əməliyyatlar aparır. Bu əməliyyatlar zamanı İran rejiminə qarşı çıxan silahlı qruplaşmalara, o cümlədən PJAK-a dəstək verilir. Tom Keysi xatırladıb ki, ABŞ-ın İraqdakı səfiri Rayan Kroker “CNN İnternational” kanalına müsahibəsində artıq Herşin iddialarına cavab verib. “Görünür, jurnalist səfirdən daha çox bildiyini zənn edir” - deyə o, əlavə edib. Dövlət Departamenti ABŞ-ın PJAK-a və “Xalqın mücahidləri” təşkilatına dəstək verdiyi haqda Herşin yazdıqlarına isə belə cavab verib ki, “Xalqın mücahidləri” terror təşkilatıdır, onunla hər hansı işbirliyi yoxdur və heç bir formada Amerika rəsmiləri bu təşkilatla görüşmür. Bununla belə, Keysi ABŞ-ın PJAK-la əlaqələrinə dair hər hansı şərh verməyib. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar