SON XƏBƏRLƏR

ABŞ rəsmisi: “Amerika İranın öz qonşularının daxili işlərinə şər müdaxiləsinin qarşısını alacaq”

2021.10.20, 07:36
ABŞ rəsmisi: “Amerika İranın öz qonşularının daxili işlərinə şər müdaxiləsinin qarşısını alacaq”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibinin müavini Robert Palladino martın 14-də jurnalistlərə açıqlamasında İranın region ölkələrinin, o cümlədən də İraqın daxili işlərinə qarışmasından və Amerikanın buna münasibətindən danışıb.

 

İraqda İran rejiminə bağlı hərbi qruplaşmaların dağıdıcı fəaliyyətini şərh edən Palladino deyib ki, İranın öz qonşularının milli hakimiyyət hüququna hörmətlə yanaşmaması və açıq-aşkar onların daxili işlərinə qarışması artıq hamıya bəllidir: “Amerika İranın öz qonşularının daxili işlərinə şər müdaxiləsinin qarşısını alacaq. Biz, İraqda dini sektaçılığa rəvac verən silahlı qruplaşmaların qanunsuz fəaliyyətindən və onların insanların hüquqlarını kobud şəkildə pozmasından nigaranıq. Bu yaraqlı qüvvələrin əksəriyyəti İrana bağlıdır və onunla əməkdaşlıq edir. Məhz buna görə də hesab edirik ki, İraqda insan hüquqlarının bu qruplaşmalar tərəfindən pozulmasında İran rejimi məsuliyyət daşıyır.

 

İran İslam Respublikası həmin silahlı dəstələrdən istifadə edərək, İraqın sabitliyini, təhlükəsizliyini və milli hakimiyyət haqqını pozur, “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani isə İraq xalqını qorxu içində saxlamaq məqsədilə həmin qüvvələrdən istifadə edir. Bu arada, Həşdi-Şəəbi qüvvələri komandanının müavini Əbu əl-Mühəndis isə yaydığı bir videoda İraqa və onun xalqına yox, məhz Qasım Süleymaniyə öz vəfadarlığını elan edir. Düşünürük ki, İraq xalqının iradəsini zəiflədən bu kimi hərəkətlər İraqın milli hakimiyyət haqqına qarşı hörmətsizlikdən başqa bir şey deyil və bunun qarşısı alınmalıdır”- deyə Palladino əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar