SON XƏBƏRLƏR

ABŞ RUSİYANI TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ

2021.10.20, 07:36
ABŞ RUSİYANI TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ

Gunaz.tv
ABŞ RUSİYANI TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ Qordon Condrou: “Kremlin hədələri dostlarımızı təhlükə altında qoyur” 2359.jpg ABŞ Avropada raketdən müdafiə sistemi yaratmaq planlarına qarşı çıxan Rusiyanı tənqid edərək, onun “təcavüzkar retorika” işlətdiyini deyib. Qeyd edək ki, Rusiya bildirib ki, ABŞ Çexiya Respublikasının ərazisində raketdən müdafiə sistemini inkişaf etdirərsə, o, Amerikaya hərbi yolla cavab vermək məcburiyyətində qalacaq. Pentaqon sözçüsü deyib ki, Rusiyanın bu reaksiyası avropalıları qıcıqlandırmaq və layihədə iştirakdan çəkindirmək məqsədi daşıyır. BBC-nin məlumatına görə, Ağ Evin sözçüsü Qordon Condrou raket əlehyinə müdafiə sistemlərinə dair Rusiya ilə dialoqun davam etdiriləcəyini deyib. “Biz İran kimi inadkar dövlətlərdən gələ biləcək raketlərin qarşısını almaq üçün strateji əməkdaşlıq axtarışındayıq. Belə hədələr dostlarımızı və müttəfiqlərimizi təhlükə altında qoyur”, - deyə Qordon Condru bildirib. O deyib ki, ABŞ və Rusiya “bərabər partnyorlar” olmalıdırlar. Kreml isə bildirib ki, öz sərhədləri yaxınlığında belə bir sistemin yerləşdirilmısi Rusiyanın müdafiə qabiliyyətini zəiflədəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, əgər ABŞ-ın raketdən müdafiə sistemi sərhədlərimiz yaxınlığında işləməyə başlarsa, biz buna diplomatik yolla yox, hərbi-texniki vasitələrlə cavab verməli olacağıq. Amerika isə bəyan edir ki, raketdən müdafiə sistemini Rusiyadan deyil, Yaxın Şərqdən gələn təhlükələrin qarşısını almaq üçün quraşdırır. Amerika Çexiyada raketdən müdafiə sisteminin 2012-ci ilədək fəaliyyətə başlayacağına ümid edir. TUNCAY musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar