SON XƏBƏRLƏR

ABŞ SƏFİRİ ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI MÜBARİZƏ HAQQINDA QANUN LAYİHƏSİNƏ YENİDƏN BAXMAĞA ÇAĞIRIB

2021.10.20, 07:36
ABŞ SƏFİRİ ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI MÜBARİZƏ HAQQINDA QANUN LAYİHƏSİNƏ YENİDƏN BAXMAĞA ÇAĞIRIB

Gunaz.tv
ABŞ SƏFİRİ ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI MÜBARİZƏ HAQQINDA QANUN LAYİHƏSİNƏ YENİDƏN BAXMAĞA ÇAĞIRIB İyulun 22-də «Hyatt Regency» otelində AZPAC (Azərbaycanda Antikorrupsiya Siyasətinin Dəstəklənməsi Strategiyası) layihəsi çərçivəsində «İctimaiyyətin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübərizə haqqında məlumatlandırılması» üzrə seminar keçirilib. «Turan» İnformasiya Agentliyinin məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov çirkli pulların yuyulmasına qarşı hazırlanan və ilk oxunuşda qəbul edilən qanun layihəsindən danışıb. Avropa Şurası baş katibliyinin Bakıdakı xüsusi nümayəndəsi Veronika Kotek 2003-cü ildə qəbul edilən «Cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında» və 2008-ci ilin mayında qəbul edilən, lakin Azərbaycanın hələ imazalamadığı «Çirkli pullarla terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında» iki Avropa konvensiyasından söhbət açıb. Onun sözlərinə görə, Avropa Şurasında iştirakçı dövlətlərdə bu sahədə vəziyyətə nəzarət edən monitorinq qrupu fəaliyyət göstərir. O, Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanun qəbul ediləcəyinə və maliyyə kəşfiyyatı xidmətinin yaradılacağına ümid etdiyini bildirib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi qeyd edib ki, rüşvətxorluq və beynəlxalq miqyaslı dələduzluq böyük gəlir gətirir: «Bu proseslərə nəzarət mexanizmi olmayan ölkələrdə bu pislik qarşısında aciz qalmaq riski yüksəkdir». Səfir qeyd edib ki, 20 il əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq standartların yaradılması və icrası üçün Çirkli Pulların Yuyulması üzrə Maliyyə Əməliyyatı İşçi Qrupunun əsasını qoyub. İşçi qrupa hazırda 33 ölkə daxildir. Qrup çirkli pulların yuyulmasına dair 40, terrorçuluğun maliyyələşdirilməsinə dair isə 9 tövsiyə («40+9») hazırlayıb. Səfir deyib ki, Azərbaycan Maliyyə Əməliyyatı İşçi Qrupunun tərəfdaş üzvüdür: «Lakin Azərbaycanda çirkli pulların yuyulmasının cinayət hesab olunmasına baxmayaraq, Maliyyə Əməliyyatı İşçi Qrupu tərəfindən tövsiyə olunan və prokurorların öz işlərini müvafiq qaydada aparmasına imkan yaradan hüquq və maliyyə rejimi tətbiq edilməyib. Bu çatışmazlıqlar çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanunla aradan qaldırılmalıdır». O, təəssüflə bildirib ki, hazırki qanun layihəsi onu vahid və geniş bir qanuna çevirmək üçün lazımi elementlərin hamısını əks etdirmir. Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib ki, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi «40+9» qrupunun tövsiyələrinə müvafiq şəkildə hazırlanıb. Tədbirdə ekspert qismində Nyu-Orlean (ABŞ) Ədliyyə Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şöbəsinin keçmiş rəisi Peter Strasser və Avropa Şurasının eksperti, İsveçrənin Maliyyə Monitorinqi Orqanının sabiq direktoru Daniel Txeleskaf da çıxış ediblər. AZPAC layihəsi Azərbaycan hökuməti (Korrupsiyaya Qarşı Mübarizə Komissiyası), Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD), ABŞ Ədliyyə Nazirliyi və Avropa Şurası tərəfindən həyata keçirilir. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar