SON XƏBƏRLƏR

ABŞ Senatının komitəsi Ermənistana yeni səfirin namizədliyini təsdiq etdi

2021.10.20, 07:36
ABŞ Senatının komitəsi Ermənistana yeni səfirin namizədliyini təsdiq etdi

Gunaz.tv
ABŞ Senatının komitəsi Ermənistana yeni səfirin namizədliyini təsdiq etdi ermen-sefir-raziliq.jpg ABŞ Senatının xarici əlaqələr Komitəsi iyulun 29-da Marya Yovanoviçin namizədliyini ABŞ-ın Ermənistandakı səfiri postuna təsdiq edib. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra komitənin qərarı Senat tərəfindən də təsdiq edilməlidir. Yovanoviçin namizədliyi bu ilin martında prezident Corc Buş tərəfindən irəli sürülüb. Bu qərar ABŞ-dakı erməni lobbisi tərəfindən birmənalı qarşılanmayıb. Çünki Yovanoviç iyunun 19-da Senat komitəsində çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməkdən imtina edib. Diplomat 1915-ci ildə baş verən hadisələri “etnik zəmində kütləvi qətllər və yarım milyon erməninin zorla köçürülməsi” adlandırıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar