SON XƏBƏRLƏR

ABŞ “Sepah”la əməkdaşlıq edən 2 İran şirkətinə və 9 İran vətəndaşına sanksiya qoyub

2021.10.20, 07:36
ABŞ “Sepah”la əməkdaşlıq edən 2 İran şirkətinə və 9 İran vətəndaşına sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ Maliyyə Nazirliyi fevralın 13-də bəyanat yayaraq, İran rejiminə bağlı olan, “Sepah”la əməkdaşlıq edən 2 şirkətə və 9 İran vətəndaşına sanksiya qoyduğunu açıqlayıb.

 

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qalanlar, “Sepah”ın kiber müdafiəsi və elektronik savaş təşkilatına bağlı şirkətlər və şəxslərdir.

 

Bəyanatda qeyd olunur ki, barələrində sanksiya qoyulan qurumlar, İranın “Net Peygərd Səmavat” və “Ofoq-e no” təşkilatlarıdır.

 

“Sepah”la əməkdaşlıq etdiklərinə görə Maliyyə Nazirliyinin sanksiyalarına məruz qoyulan İran vətəndaşları isə bunlardır: Hüseyn Abbasi, Muctaba Məsumpur, Milad Mirza Beygi, Hüseyn Pərvər, Hamid Qəşqavi, Qulamrza Müntəzəmi, Nadir Talıbzadə, Zeynəb Məhna Talıbzadə, Məhəmmədbağır Şirinkar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar