ABŞ yaxın vaxtlarda Tehranda nümayəndəlik açmayacaq

2008-06-26 20:58

ABŞ yaxın vaxtlarda Tehranda nümayəndəlik açmayacaq Azərbaycan, Bakı, 25 iyun/ Trend News müxbir E.Tariverdiyeva, G.Əhmədova/ ABŞ -ın Tehranda öz diplomatik nümayəndəliyini açması barədə fikri nəzəri cəhətdən həyata keçirilə bilər, lakin bu, yaxın gələcə

Gunaz.tv Quote | Gunaz article

ABŞ yaxın vaxtlarda Tehranda nümayəndəlik açmayacaq Azərbaycan, Bakı, 25 iyun/ Trend News müxbir E.Tariverdiyeva, G.Əhmədova/ ABŞ -ın Tehranda öz diplomatik nümayəndəliyini açması barədə fikri nəzəri cəhətdən həyata keçirilə bilər, lakin bu, yaxın gələcəkdə mümkün deyil. “Amerika istənilən gün, istənilən vaxt Tehranda ofis aça bilər. Lakin bu ofis İran hakimiyyətinin himayəsində olmalıdır”, - İran politoloqu Əlirza Nurizadə (Alireza Nourizadeh) hesab edir. Associated Press agentliyi çərşənbə axşamı məlumat verib ki, Ağ Ev administrasiyası İranla diplomatik münasibətlərin kəsilməsindən 30 il sonra Tehranda diplomatk nümayəndəliyinin açılması imkanını nəzərdən keçirir. Vaşinqton İranda Amerika maraqları bölməsini açmağı planlaşdırır. Məlumatda deyilir ki, o, səfirliyin əksər funksiyalarını yerinə yetirəcək. Nurizadə hesab edir ki, “ofis”in açılması Tehranın reaksiyasından asılı olacaq. “ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri, Dubayda, Londonda, Türkiyədə, Frankfurtda xüsusi ofisləri açıldıqdan sonra, Tehranda bu ofisin açılması tamamilə mümkündür. Amerikalılar qərara gəliblər ki, analoji ofisi İranda, iranlıların ofisini Vaşinqtonda açmağın vaxtı çatıb”, - İran-Ərəb Araşdırmalar Mərkəzinin rəhbəri Nurizadə çərşənbə günü telefonla Londondan Trend News-a bildirib. Onun rəyinə görə, indiyədək İranda “şəxsi maraqlar” bölməsi ofisinin açmaması amerikalıların öz müvəkkillərinin təhlükəsizliyinə görə narahat olması ilə bağlıdır Amerikalılar İrandakı bütün diplomatik əməliyyatları İsveçrənin İrandakı səfirliyində yerləşmiş ABŞ-in işlərində müvəkkil vasitəsilə reallaşdırılar. Amerika eksperti Kennet Katsmanın (Kenneth Katzman) rəyinə görə, Amerika tərəfinin İranda ofisin açılmasının mümkünlüyü barədə bəyanatları həyata keçirilə bilməz. “Mən inanmıram ki, amerikalıların bu niyyəti həyata keçəcək. Belə ki, ABŞ hələ Klintonun administrasiyası dövründə belə təşəbbüs olub”, - ABŞ Konqresi nəzdində Araşdırmalar Xidmətinin Yaxın Şərq üzrə mütəxəssisi Katsman çərşənbə günü elektron poçtla Trend News-a bildirib. Onun sözlərinə görə, İran Amerikanın rəsmi heyətinə İranda Amerikanın maraqları bölməsində xidmət etməyə imkan verməkdən imtina edib. “Amerika tərəfdən bu, nüvə məsələsində zəiflik kimi görünərdi. İran tərəfdən isə, mühafizəkarlar ofisin “Amerika casuslarının yuvası” kimi yaradılacağını arqument gətirə bilərlər Amerika eksperti Mark Kats (Mark N. Katz) isə hesab edir ki, ABŞ-ın İranda nümayəndəlik açmasına yaxınlarda yaxşı imkan yarana bilər. “Buş administrasiyası Ağ Evi yanvarda tərk edəcək və buna görə də Amerika rəhbərliyinin daxilindəki müxalifət barədə narahat olmağına dəyməz. Müxalifət İranla münasibətləri yaxşılaşdırmağı arzulayır, lakin bu mövqeyə də etiraz olacaq”, - Kaliforniya Universitetinin Dövlət Politologiya İdarəsinin professoru Kats hesab edir. ABŞ və İran arasında diplomatik münasibətlər 1979-cu ilin sonunda, radikal əhval-ruhiyyəli tələbələrin ABŞ -ın Tehrandakı səfirliyini tutaraq, onun 52 əməkdaşını əsir götürdükdən və onları 444 gün əsrlikdə saxladıqdan sonra kəsilib. İran diplomatların əvəz edilməsinin əvəzinə, Birləşmiş Ştatlarda gizlənmiş şahın verilməsini tələb edib. ABŞ şahı vermədi və İrana sanskiyalar tətbiq etdi ki, bu sanksiyaların bəziləri indi də qüvvədədir. “Necə deyərlər, bizə yolun yarsını getmək lazımdır; İran da yolun yarısını gedərdisə, o zaman bir arada görüşə bilərdik. Mən, hər halda, Əhmədinejadı növbəti ildə daha praqamtik lider nümunəsi kimi Rəfsəncani əvəzləyənədək, İranın buna hazır olacağına şübhə edirəm”, - Kats əlavə edib. trend
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19