SON XƏBƏRLƏR

ABXAZİYA GÜRCÜSTANI MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ

2021.10.20, 07:36
ABXAZİYA GÜRCÜSTANI MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ

Gunaz.tv
ABXAZİYA GÜRCÜSTANI MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ Gürcü-osetin münaqişəsi bölgəsində irimiqyaslı hərbi qarşıdurma riski artıb 5433.jpg Gürcüstanla separatçı Cənubi Osetiya bölgəsi arasında vəziyyət gərgin olaraq qalır. Son məlumatlara görə, bölgədə irimiqyaslı toqquşmalar qeydə alınmasa da, ara-sıra atışmalar baş verir. Osetin tərəfinin məlumatlarına görə, Sxinvali şəhəri gecələr gürcü postlarından atəşə tutulur, gürcü tərəfi isə osetin mövqelərindən bölgədəki gürcü kəndlərinə atəş açıldığını bildirir. Xəbər verildiyi kimi, ötən həftə baş vermiş atışmalar nəticəsində Sxinvalidə bir neçə mülki vətəndaş həlak olub, gürcü kəndlərindən isə yaralananlar var. Bu toqquşmalar bölgədə irimiqyaslı hərbi münaqişə riskini artırıb. Ötən gün tanınmamış Abxaziya “respublikası”nın rəhbərliyi gürcü-osetin münaqişəsi zonasında böyük müharibənin başlayacağı təqdirdə osetin tərəfinə hərbi yardım göstərəcəklərini bəyan edib. Qondarma Cənubi Osetiya “respublikası”nın başçısı Eduard Kokoyta gürcülərə qarşı hərbi əməliyyatlarda həm özlərinə məxsus hərbi qüvvələrdən, həm də Rusiya və Əfqanıstandan gəlmiş könüllülərdən istifadə olunacağını bildirib. Bununla da gürcü-osetin münaqişəsi zonasında böyük müharibənin başlayacağı təqdirdə Gürcüstana qarşı Süxumidə ikinci cəbhə açıla bilər. Abxaziyadan yayılan məlumata görə, iki qondarma qurum arasında müharibə şəraitində qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Abxaziyanın “xarici işlər naziri” Serqey Şambanın sözlərinə görə, Cənubi Osetiyaya ünvanlanmış digər yardımlar hərbi sirr olaraq saxlanılacaq. Qondarma Cənubi Osetiya “respublikası”nın başçısı Eduard Kokoyta isəÿ Cənubi Osetiyaya kömək məqsədilə gürcü-abxaz münaqişə zonasına 300 könüllü gəldiyini deyib. Onun sözlərinə görə, könüllülərin sayı 2 minə çata bilər. Eduard Kokoytanın sözlərinə görə, onlar Abxaziyadan da könüllülərin Cənubi Osetiyaya yönəlməsi barədə təklif alıblar. O, kazakların Osetiyaya 2 min, Qaraçay-Çərkəzin 500 nəfər könüllü göndərə biləcəyini də qeyd edib. Onun sözlərinə görə, 50 nəfərlik əfqan döyüşçüsü də artıq Cənubi Osetiyaya yola düşüb. Rəsmi Moskva isə Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyadakı son hadisələrlə bağlı öz dərin narahatlığını bildirir. Rusiyanın Xarici İşlər Nazirliyi buradakı son silahlı qarşıdurmanın səbəbkarı kimi Gürcüstanı görür və bəyan edir ki, Gürcüstanla Cənubi Osetiya arasında genişmiqyaslı hərbi əməliyyatların başlanması getdikçə daha real görünür. Bu arada Moskva hələlik rəsmən öz mümkün addımları haqda bir şey demir, hərçənd ki, müşahidəçilərin fikrincə, Rusiyanın öz sülhməramlıları vasitəsilə hərbi qarşıdurmaya cəlb olunmasını istisna etmək olmaz. Bu gün Rusiyanın XİN Cənubi Osetiyada vəziyyətin gərginləşməsi ilə bağlı Moskva və Vaşinqton arasında təmaslar olduğunu bildirib. İki ölkənin xarici işlər nazirlərinin müavinləri Qriqori Karasin və Daniel Frid telefon danışıqları aparıb və Rusiya XİN bundan sonra bəyan edib ki, Moskva Vaşinqtonun Cənubi Osetiyadakı vəziyyətin normallaşmasına kömək edəcəyinə ümid edir. RF Dövlət Dumasının deputatı Konstantin Zatulinə görə, bölgədə əsas sülhməramlı qüvvə Rusiyadır və yeri gəlsə, Moskva güc də işlədə bilər: “Rusiya özünün əsas sülhməramlı qüvvə olmasından gələn bütün səlahiyyətlərindən istifadə etmək hüququna malikdir və əgər hər şey yenidən təkrar olunsa, o, vəziyyətin nəzarətdən çıxmaması üçün güc işlətmək məcburiyyətində qala bilər. Ancaq Moskva sərt addımlar atmaqdan özünü hələlik saxlayır, belə ki, münaqişəyə daxil olmaq ondan çıxmaqdan qat-qat çətindir”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar