SON XƏBƏRLƏR

Abxaziya Gürcüstanla sərhədini bağladı

2021.10.20, 07:36
Abxaziya Gürcüstanla sərhədini bağladı

Gunaz.tv
Abxaziya Gürcüstanla sərhədini bağladı gruz-abxaz-serhed.gif Tanınmamış “Abxaziya Respublikası”nın rəhbərliyi iyulun 1-dən Gürcüstanla sərhədi bağlamaq barədə qərar qəbul edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, abxazlar bu addımı terror aktlarının qarşısını almaq üçün atdıqlarını bildirirlər. Xatırladaq ki, iyunun 29-da və 30-da Qaqra və Suxumidə həyata keçirilən 4 partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu vurğulanır. Abxaziya “xarici işlər naziri” Sergey Şamba sərhədi müvəqqəti olaraq bağladıqlarını bəyan edib: “Çünki biz həm dincələnlərin, həm də vətəndaşlarımızın təhlükəsizliyini düşünürük. Biz Suxumi və Qaqradakı partlayışların Gürcüstan xüsusi xidmət orqanlarının işi olduğuna şübhə etmirik”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar