SON XƏBƏRLƏR

Sadıq Laricani: “Ölkədə kəskin bahalaşma ciddi narahatlığa səbəb olub"

2021.10.29, 11:02
Sadıq Laricani: “Ölkədə kəskin bahalaşma ciddi narahatlığa səbəb olub"

Gunaz.tv

O deyib ki, ölkədə inflyasiya səviyyəsinin durmadan artması cəmiyyətin yoxsul və kasıb təbəqələsindən olan ailələri iqtisadi baxımdan ağır və çıxılmaz vəziyyətə qoyub.


“Ölkədə kəskin bahalaşmanın getməsi insanların gündəlik istifadə etdiyi ərzaq və qida mallarından məhrum olmasına, kasıb təbəqədən olan ailələrin süfrəsinin boşalmasına gətirib çıxarıb.


Vəziyyət o qədər acınacaqlıdır ki, bir sıra insanların ət, meyvə və digər qida məhsullarını almağa belə imkanı yoxdur. Bu isə çox ağrılı bir məsələdir və hesab edirəm ki, bu barədə təcili tədbir görmək lazımdır”, -deyə  Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Sadıq Amoli Laricani bildirib.


Axund Laricani ölkədə baş alıb gedən bahalıq və inflyasiyanın səbəblərini açıqlamayıb.


Xatırladsaq ki, İran Statistika Mərkəzinin bir neçə gün əvvəl isülam respublikasında inflyasiyanın səviyyəsi ilə bağlı yaydığı yeni illik hasabatında bildirilir ki, bu il ölkədə qida məhsullarının qiyməti ötən ilə nisbətə 61.4 faiz artıb. 


A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar