SON XƏBƏRLƏR

İranlı deputatdan rəsmi Bakıya xəbərdarlıq: "Belə etməsələr, özləri zərər görəcək"

2021.10.20, 07:36
İranlı deputatdan rəsmi Bakıya xəbərdarlıq: "Belə etməsələr, özləri zərər görəcək"

Gunaz.tv

O rəsmi Bakını vaxtilə “Suriyada döyüşmüş terrorçuları Qafqaz bölgəsində yerləşdirməkdə” günahlandırıb.

Abbas Gülru deyib ki, Qarabağ bölgəsində yaşanan gərginlik və böhran, bu hadisələrdə böyük rol oynayan xarici oyunçuların müdaxiləsi də daxil olmaqla çox əsaslı və mühüm xarici bir ünsürdən qaynaqlanır.


“Hazırda bölgədə baş verənlər regiondakı bəzi ölkələrin ambisiyalarından qaynaqlanır. Bu isə 10 illik böhranı Suriya xalqına zorla qəbul etdirən həmən cərəyandır.

Onların böhran yaratmaları isə Suriyada yüz minlərlə insanın ölümünə və yaralanmasına  gətirib çıxardı, çoxlu evlərin dağılmasına və Suriyanın yanmış bir ölkəyə çevrilməsinə səbəb oldu. 


İndi isə Azərbaycan hökumətinə verilən əsas sual budur: Görəsən onlar da öz ölkələrini gərginlik mərkəzinə və xarici oyunçuların döyüşdüyü bir məkana çevirmək istəyirlər ya yox. Halbuki onlar bu məsələdən şox muğayat olmalıdırlar"-deyə, o, bildirib.


Abbas Gülru Əli Xamneyinin məsələ ilə bağlı mövqeyini xatırladıb.

"Ölkənin ali liderinin buyurduğu isə bütün söz-söhbətlərə son qoyur. O da budur ki, heç bir xarici qüdrət və oyunçu region ölkələrinin, o cümlədən də Azərbaycan və Emənistanın xeyrini istəmir və onların əlləri bu regiondan kəsilməlidir.


Hesab edirik ki, İlham Əliyev bu məsələni müdrikcəsinə ehtiyatlı şəkildə idarə etməli və öz ölkəsini başqalarının oyununa yem etməməlidir. Lakin əgər belə etməsə, sözsüz ki, birinci növbədə Azərbaycanın özü ziyan görəcək.

Halbuki İran İslam Respublikası belə bir şeyi arzulamır”, -deyə, Abbas Gülru mediaya açıqlamasında bəyan edib. 


A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar