SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran digər ölkələrin daxili işlərinə qarışmaq üçün terrorizmdən və sektaçılıqdan istifadə edir”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran digər ölkələrin daxili işlərinə qarışmaq üçün terrorizmdən və sektaçılıqdan istifadə edir”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cüber yanvarın 24-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən və bölgədə dini sektaçılığı yaymasından danışıb.

 

Öz çıxışında, rəsmi Tehranın regionun sabitliyinə qarşı yönəlmiş siyasətini kəskin pisləyən Adil əl Cübeyr deyib ki, İran, bölgədə digər ölkələrin daxili işlərinə qarışmaq məqsədilə terrorizmə və dini sektaçılığa dəstək verir: “Hazırda Orta Şərqdə bir-birinə zidd olan iki baxış savaşmaqdadır. Onlardan biri işığa aparan, digəri isə qaranlığa, zülmətə və geriliyə aparan yoldur.

 

İran, neçə min il əvvəl məhv olmuş köhnə imperiyanı bərpa etməyə çalışır və öz imperiya hədəflərinə nail olmaq məqsədilə digər ölkələrin daxili işlərinə qarışmaq üçün terrorizmdən və sektaçılıqdan istifadə edir. Bu rejim, bu siyasətini nəyin bahasına olursa-olsun, hətta öz xalqını təhlükəyə salmaq bahasına olsa da davam etdirmək istəyir. Bəli, bu İranın regionda yürütmək istədiyi siyasətidir. Bunun əks tərəfində isə Səudiyyə Ərəbistanı dayanır. Tarix isə göstərib ki, işıqlıq qaranlığa həmişə qalib gəlir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar