SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran dünyada beynəlxalq terrorizmin ən böyük himayədarıdır”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran dünyada beynəlxalq terrorizmin ən böyük himayədarıdır”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr yanvarın 21-də Avropa Parlamentinin iclasında çıxış edərək İran İslam Respublikasının regionda apardığı dağıdıcı fəaliyyətindən və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Öz çıxışında Yəməndəki şiə husilərin İrandan aldıqları raketlərlə Səudiyyə Ərəbistanı şəhərlərinə hücumuna toxunan Adil əl Cüber deyib ki, ölkəsi regionda terrorizmin tam aradan qaldırılması üçün başlatdığı mübarizəsini davam etdirəcək: “İran dünyada beynəlxalq terrorizmin ən böyük himayədarıdır. Bu gün artıq şiələr istər İranda, istərsə də İraq və Livanda rəsmi Tehranın region ölkələrində yürütdüyü təxribat xarakterli siyasətini pisləyir, ona qarşı etirazlarını bildirirlər.

 

Biz, regionda nifrət hissini yayan hər kəsin qarşısını alacaq, buna imkan verməyəcəyik. Biz çoxdandır ki, bölgədə dini radikalizmi yayanların və terrorizmin təbliğatçısı olan qüvvələrə qarşı mübarizə aparır, onlara qarşı tədbirlər görürük” –deyə, Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar