SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran və terrorizm bir sikkənin iki üzüdür”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran və terrorizm bir sikkənin iki üzüdür”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr aprelin 12-də Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının zirvə toplantısında çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən və region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

O bildirib ki, İran bölgəyə qarşı təxribat xarakterli əməllərindən əl çəkməyənə qədər, regionda sülh və əmin-amanlıq bərqərar edilməyəcək: “İran və terrorizm bir sikkənin iki üzüdür. Nə qədər ki, İranın region ölkələrinin daxili ilərinə müdaxiləsi davam edir, bölgədə sülh olmayacaq. Elə buna görə də hesab edirəm ki, İran terrorizminin qarşısını ciddi şəkildə almaq və onun maliyyə qaynaqlarını qurutmaq lazımdır.”.

 

Toplantıda həmçinin Ərəb Dövlətləri Liqasının baş direktoru Əhməd Əbül Qeyt, bölgədə yaşanan təhlükəli böhranlara toxunaraq, İranın Bəhreynin və regionun digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar