SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İrana qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İrana qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr aprelin 29-da Ər-Riyada səfər edən amerikalı həmkarı Mayk Pompeo ilə danışıqlardan sonra, birlikdə jurnalistlər qarşısına çıxaraq Qərblə Amerikanı İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb.

 

İranın region ölkələrinə qarşı yürütdüyü təxribat xarakterli siyasətinə, onun beynəlxalq terrorizmə dəstəyinə toxunan Adil əl Cübeyr deyib ki, Səudiyyə Krallığı, ABŞ prezidenti Donald Trampın İran və onun nüvə proqramı ilə bağlı yürütdüyü siyasətinə dəstək verir: “Tehranın terrorizmə dəstək verməsini və onun beynəlxalq qanunları açıq-aşkar pozmasını nəzərə alaraq, hesab edirəm ki, İrana qarşı qadağalar gücləndirilməli, əlavə sanksiyalar tətbiq edilməlidir”.

 

Həmçinin, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında, İran İslam Respublikasını terrorizmin ən böyük himayədarı adalandırıb: “İran, Yəməndəki husiləri silahlandırmaqla bölgənin sabitliyini pozmağa çalışır. Təəssüflər olsun ki, İranla imzalanmış nüvə sazişi, bu ölkənin bölgədəki zorakılıq əməllərinin qarşısını almaqda uğursuz olub”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar