SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İrana qarşı hərbi seçim hələ də masa üzərindədir”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İrana qarşı hərbi seçim hələ də masa üzərindədir”

Gunaz.tv

GünazTV: BMT Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün Nyu-Yorkda səfərdə edən Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr, sentyabrın 26-da BBC telekanalına açıqlamasında ölkəsinin İrana qarşı seçim və variantlarından danışıb.

 

İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarında rol oynadığını bir daha təkrar edən Adil əl Cübeyr deyib ki, rəsmi Ər-Riyad, İrana qarşı cavab addımı olaraq bütün seçim və variantları nəzərdən keçirir: “İrana qarşı hərbi seçim hələ də masa üzərindədir. Biz, regionda müharibə tərəfədarı deyilik və gərginliyin artmasını da istəmirik. Lakin buna baxmayaraq hesab edirik ki, İran Aramco neft təsisatlarına qarşı dron və raket hücumlarına görə məsuliyyət daşımalı, bu rəftarına görə cavabdeh olmalıdır.

 

Hamı regionda savaşın baş verməsindən, gərginliyin artmasından çəkinir. Məhz bunu nəzərə alaraq, biz İrana qarşı bütün seçimləri, o cümlədən də hərbi variantı araşdırır, lazım olan vaxtda münasib addımı atacağıq” –deyə Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr bəyan edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar