SON XƏBƏRLƏR

"Milli Hərəkat İrandakı siyasi proseslərə öz kimliyi ilə qatılmalıdır"-Sadiq İsabəyli

2022.05.03, 09:23
"Milli Hərəkat İrandakı siyasi proseslərə öz kimliyi ilə qatılmalıdır"-Sadiq İsabəyli

Gunaz.tv

"Məşrutə hərəkatından bəri Azərbaycan hər zaman böyük siyasi dəyişikliklərdə öncül rolu olsa da, verdiyi əməklərin bəhrəsini almayıb"-deyə, siyasi şərhçi vurğulayıb.

Sadiq İsabəylinin fikrincə, Azərbaycan Milli Hərəkatı öz kimliyi və öz tələbləri ilə İrandakı siyasi proseslərə qatılmalıdır.

"Hazırkı siyasi proseslərin içində biz deyək ki, Güney Azərbaycan olaraq İranın daxili siyasətində necə hərəkət etməliyik?

İranın Qərblə nüvə danışıqları, anlaşma olacaqsa, mümkün təsirləri təhlil edilməlidir. Siyasi müstəvidə milli hərəkatı necə gücləndirə bilərik? Təbii ki, Güney Azərbaycanda Milli Hərəkat olaraq siyasi müstəviyə keçid prosesi baş verməlidir.

Amma bu keçid prosesi sözsüz ki, Azərbaycan əsaslı olmalıdır. Yəni Azərbaycanın bütün tələbləri o prosesdə ortaya qoyulmalıdır"-deyə, o, bildirib.

Azərbaycanın İranın müasir tarixindəki mövqeyini dəyərləndirən siyasi şərhçinin sözlərinə görə, məşrutədən bəri böyük dəyişimlərdə Azərbaycan hər zaman öncül və siyasi nüvuz sahibi olub.

"Amma, artıq bu nüfuzdan Azərbaycan Milli Azadlıq Hərəkatı adı altında və Azərbaycan əsaslı bir siyasi prosesdə istifadə edilməlidir. Bu, artıq yeni dönəmin yeni əsasları ilə həyata keçirilməlidir"-siyasi şərhçi qeyd edib.

O, "keçmişdəki səhvlərdən"” uzaq durmağın gərəkli olduğunu önə çəkib:

"Məsələn, 1979-cu il İslam İnqilabında Azərbaycanın çəkdiyi əziyyətlər və verdiyi əməklər heçə getdi. Azərbaycan yenə də bütün o hüquqlarından məhrum edildi.

Biz yenidən o keçmişdəki yanlışlara getməməliyik. Yəni, bəli Azərbaycanın nüfuzu var. Azərbaycan İranın siyasi quruluşunun dəyişdirilməsi və ya islahat aparılmasında güc sahibidir və bu gücündən istifadə etməlidir". 

Sadiq İsabəyli bildirib ki, yeni mərhələdə Azərbaycanın tələbləri öndə olmalıdır:

"Tələb bu olsa ki, məsələn, sən öz məsələni, ana dili məsələsini unudacaqsan, öz bölgənin ictimai-mədəni problemlərini, su qıtlığını, iqtisadi böhranı unudacaqsan və məsələyə ümumi İran çərçivəsində baxacaqsan, bununla razılaşa bilmərik.

Ümumi İran çərçivəsində məsələyə baxanda fars bölgələrinin məsələləri başqadır. Bəluçistandakı insanın məsələləri fərqli, Azərbaycanın məsələləri tamam başqadır. Bunlar çox fərqli yanaşmalar tələb edir.

Buna görə də, əgər Azərbaycan Milli Hərəkatının siyasi müstəvidə fəaliyyətinin içində Azərbaycan əsaslı və Azərbaycanın tələbləri və kimliyi olacqsa və bu şəkildə mərkəzdəkilər də bununla hesablaşsa, bunu bacaqsaq, təbii ki bu, öz yerini tapa bilər".

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar