SON XƏBƏRLƏR

ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

2023.01.17, 22:42
ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

Gunaz.tv

Bunu Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi mətbuat brifinqində təsdiqləyib.

“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.

ABŞ-Türkiyə arasında mövcud olan ikitərəfli münasibətlərdən danışan Penatqon rəsmisi qeyd edib ki, Ankara Vaşinqtonun mühüm tərəfdaşı və müttəfiqidir:

“Və biz bu əlaqələri necə gücləndirə biləcəyimiz, hər iki tərəfin müdafiə ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”.

Qeyd edək ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Pentaqonun strukturuna daxil olan ixtisaslaşmış hökumət departamentidir. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ştatlar arasında əlaqələrin inkişafına və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir. (report)

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar