SON XƏBƏRLƏR

Rafael Qrossi: “Tehrandakı danışıqlar nəticə vermədi”

2021.11.25, 09:15
Rafael Qrossi: “Tehrandakı danışıqlar nəticə vermədi”

Gunaz.tv

Tehrana səfərində, İran Atom Enerjisi Təşkilatının rəisi və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb danışıqlar apardığını bildirən Qrossi deyib ki, İranın elan edilməmiş bəzi nüvə təsisatlarında aşkarlanması uran zərrəciklərinin mənşəyi ilə bağlı MAQATE-nin sualları cavabsız qalıb.

“Təəssüflər olsun ki, Kərəcdə sentrifuqa hissələrini istehsal edən TESA mərkəzində Agentliyin dörd müşahidə kamarasının yenidən quraşdırılması və bizim müfəttişlərin bu və digər təsisatlara baxış keçirilməsinə şərait yaradılması ilə bağlı apardığımız danışıqlar heç bir nəticə verməyib.

Hazırda isə elə bir nöqtəyə gəlib çatmışıq ki, mən artıq İranın nüvə fəaliyyətlərinin mahiyyətindən xəbərdar olmağıma zəmanət verə bilməyəcəyəm.

Tehranda İran rəsmiləri ilə keçirdiyim görüşlərdə göstərdiyim bütün səylərə baxmayaraq, biz bu və digər məsələlərlə bağlı razılığa gələ bilmədik. 

Hesab edirəm ki, Kərəcdə sentrifuqa istehsalı ilə məşğul olan TESA mərkəzində Agentliyin nəzarət kameralarının quraşdırılması barədə Tehranla razılıq əldə olunması üçün vaxt bitmək üzrədir”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş dirktoru Rafael Qrossi bildirib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar