"İranın nüvə proqramı çox sürətlə inkişaf edir"-Rafael Qrossi

03.08.2022, 10:14

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın nüvə proqramının çox sürətlə inkişaf etdirildiyini deyib.

Gunaz.tv Quote | Gunaz article

Rafael Qrossi İran rəsmilərinin “xoş sözləri”nin beynəlxalq müfəttişlərin etimadını qazanmaq üçün kifayət etmədiyini, Tehran hökumətinin nüvə proqramı ilə bağlı məsələlərə aydınlıq gətirməli olduğunu söyləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İranın yeni nüvə fəaliyyətləri ilə bağlı tezliklə hökumətlərə hesabat verəcəyini bildirib.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 kamera və müşahidə cihazını söndürməsi ilə bağlı hərəkətini tənqid edən Qrossi "İran İnternational"-a "Biz bu kameraları uzaqdan idarə edirdik və onları müxtəlif yerlərdə quraşdırmışdıq, ancaq son iki ay ərzində kameralara giriş imkanımız yoxdur"-deyib.

"Hazırda bizim ən mühüm problemimiz agentliyin kameralarının söndürüldüyü saytlardır, ancaq İranın bir sıra başqa nüvə obyektlərində kameralarımız hələ də aktivdir və biz bu saytlarda nə baş verdiyini bilirik"-deyə, Qrossi bildirib.

Agentliyin narahatlığı ilə bağlı açıqlama verən Qrossi vurğulayıb ki, hazırda bizi narahat edən əsas məsələlərdən biri sentrifuqaların fəaliyyəti ilə bağlıdır, danışıqların davam edib-etmədiyini İrandan soruşacağıq.

"Nüvə fəaliyyətinə gəldikdə, “xoş sözlər”in heç bir təsiri yoxdur və siz Agentlik ilə dəqiqləşdirib əməkdaşlıq etməlisiniz"-deyə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İran rəsmilərinə xitabən deyib.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə uranın zənginləşdirilməsi proqramına adekvat giriş imkanı verməlidir ki, agentlik İranın nüvə proqramının dinc xarakter daşımasını ilə bağlı arxayın olsun"-deyə, Qrossi bildirib.

Qeyd edək ki, Əli Xameneyinin müşaviri və Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərazi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami də daxil olmaqla İranın rəsmiləri bu ölkənin atom bombası yaratmaq qabiliyyətinə malik olduğunu, ancaq İranın hazırda belə bir planının olmadığını iddia ediblər.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24