Rəsmi Tehranın nüvə fəaliyyətini MAQATE-dən gizli aparmağa çalışdığını bildirən Qrossi deyib ki, İranın nüvə proqramının dinc xarakter daşıyıb-daşımadığını və onun üzərinə götürdüyü nüvə öhdəliklərinə sadiq qalıb-qalmamasını müəyyənləşdirən yeganə qurum Beynəlxalq tom Enerjisi Agentliyidir.
“İran rəhbərləri bilməlidir ki, onlar MAQATE müfəttişlərinin nüvə mərkəzlərinə tam və dəqiq nəzarətindən boyun qaçıra bilməzlər.
Hesab edirəm ki, biz bir-birimizlə əməkdaşlıq etməliyik və mən bu məsələni onlara, yəni İran rəhbərlərinə başa salmağa çalışacağam. İran rəhbərləri bizim onların həmkarı olduğumuzu bilməli, dərk etməlidirlər”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dekabrın “Associated Press” agentliyinə açıqlamasında bildirib.
A.M