SON XƏBƏRLƏR

Afrikada koronavirusun coğrafiyası genişlənir

2021.10.20, 07:36
Afrikada koronavirusun coğrafiyası genişlənir

Gunaz.tv

GünAz TV: Cənubi Afrika ölkəsi Esvatinidə (keçmiş Svazilend Krallığı) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

 

"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, xaricdən səfərdən qayıtmış 33 yaşlı qadında koronavirus aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 858-ə çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar