SON XƏBƏRLƏR

Afrində məhv edilən terrorçuların sayı açıqlanıb

2021.10.20, 07:36
Afrində məhv edilən terrorçuların sayı açıqlanıb

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair hesabat açıqlanıb.

 

Türkiyənin Baş Qərargahının martın 3-də yaydığı məlumata əsasən, Afrində zərərsizləşdirilən terrorçuların sayı 2516-a çatıb.

 

Bildirilib ki, ötən sutka (24 saat) ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 82 üzvü məhv edilib.

 

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar