SON XƏBƏRLƏR

Naftali Bennet: “İranın nüvə proqramının qarşısını almaq üçün tədbir görmək hüququmuz var”

2022.06.04, 04:00
Naftali Bennet: “İranın nüvə proqramının qarşısını almaq üçün tədbir görmək hüququmuz var”

Gunaz.tv

İsrailin baş naziri Naftali Bennet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə görüşdə Qəyyumlar Şurasının gələn həftə keçiriləcək iclasında açıq-aydın mesajın verilməsinin vacibliyini vurğulayıb.

İsrail baş nazirinin ofisinin məlumatına görə, Bennet deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatiyaya üstünlük versə də, beynəlxalq ictimaiyyət bunu müvafiq vaxt çərçivəsində etməsə, İsrail özünü müdafiə etmək və İrana qarşı tədbir görmək hüququnu özündə saxlamağa davam edəcək.

“Biz İranın nüvə silahı əldə etmək üçün davamlı irəliləyişinin təhlükəsini və beynəlxalq ictimaiyyəti zəiflətmək və çaşdırmağı davam etdiyinə təkid edirik”-deyə, Bennet Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi iyunun 2-də İsrail rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər edib və iyunun 3-də Qrossinin İsrail baş naziri Naftali Bennet ilə görüşü baş tutub.

Beynəlxalq Agentlik mayın 30-da Qəyyumlar Şurasına təqdim etdiyi son hesabatında İranın zənginləşdirilmiş uran ehtiyatının 2015-ci ildə imzalanmış nüvə anlaşmasında icazə verilən həddən 18 dəfə çox olduğunu və İranın 3 məxfi nüvə obyektində aşkarlanmış uran izləri ilə bağlı ajansın suallarına yetərli cavab vermədiyini bildirmişdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar