SON XƏBƏRLƏR

Naftali Bennet: "İsrail İranın nüvə proqramının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək"

2022.08.24, 06:34
Naftali Bennet: "İsrail İranın nüvə proqramının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək"

Gunaz.tv

O, İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə davam edəcəyini vurğulayıb.

"Mən Co Bayden və Amerika hökumətindən indi də son anda xahiş edirəm ki, İranla müqavilə imzalamaqdan çəkinsinlər. Bu razılaşma terrorçu İran dövləti və onun regional proksi qüvvələrinə demək olar ki, 250 milyard dollar vəsait qazandıracaq”,-deyə Bennet açıqlamasında bildirib.

Onun sözlərinə görə, nüvə sazişi İrana demək olar ki, heç bir məhdudiyyət olmadan iki il ərzində sentrifuqa hazırlamağa və quraşdırmağa imkan verəcək.

"Keçən il ərzində biz Ağ Evdəki həmkarlarımızı İranın tələblərinə boyun əyməməyə uğurla inandırdıq və ümid edirəm ki, vəziyyət olduğu kimi qalacaq.

Hər halda, İsrail İranla nüvə sazişinin tərəfi deyil. İsrail sazişin tətbiq etdiyi heç bir məhdudiyyətə sadiq deyil və İranın nüvə proqramının irəliləməsinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək",-deyə, keçmiş baş nazir xəbərdarlıq edib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar