SON XƏBƏRLƏR

Ağ Ev: Amerikanın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

2021.10.20, 07:36
Ağ Ev: Amerikanın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

Gunaz.tv

GünAz TV: Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli təhlükəsizliyi ilə bağlıdır. 

 

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ağ evin rəsmisi Sara Sanders həftəlik brifinq zamanı deyib. 

 

Onun sözlərinə görə, rüsumlar hətta Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqələrə görə həbs olunmuş amerikalı keşiş Bransonun azadlığa çıxacağı təqdirdə də ləğv olunmayacaq.  

 

Lakin Sanders deyib ki, keşişin və ABŞ-ın nəzərdə tutduğu digər şəxslərin azadlığa çıxacağı təqdirdə ABŞ sanskiyaların ləğvini nəzərdən keçirə bilər.

 

O əlavə edib ki, Vaşinqtonda Türkiyə iqtisadiyyatında baş verən proseslər diqqətlə izlənilir. 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar