Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb

28.01.2020, 15:39

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına “qrin kart”ların verilmə qaydalarını sərtləşdirməyə icazə verib.


Bu barədə "Report" “Kommersant”a istinadən xəbər verir.


“The Washington Post” qəzetinin yazdığına görə, yeni qaydalara əsasən, hökumət qanuni miqrantların dövlət yardımlarına bel bağladığından şübhələndiyi təqdirdə onlara “qrin kart” verilməsindən imtina edə bilər.


Hakimlərin fikirləri haçalanıb: 5 nəfər bu icazənin verilməsinin lehinə, 4 nəfər isə əleyhinə səs verib.


Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda “qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.


Yeni qaydalar “qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, “Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.


Qeyd olunur ki, hər il, təxminən, 544 min miqrant “qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28

gun az article

Kanada İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-28

gun az article

Ceyhun Bayramov: "Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir"

2023-03-27

gun az article

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

2023-03-27

gun az article

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb

2023-03-27

gun az article

Çin və Avropa İttifaqı Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əleyhinədir

2023-03-27