SON XƏBƏRLƏR

Ağ Ev: “Trampla Məhəmməd Bin Salman, İranın Yəməndəki təhlükəsini müzakirə ediblər”

2021.10.20, 07:36
Ağ Ev: “Trampla Məhəmməd Bin Salman, İranın Yəməndəki təhlükəsini müzakirə ediblər”

Gunaz.tv

GünAzTV: Ağ Ev, martın 21-də bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşündə İranın bölgədəki təhlükəsi barədə danışıqlar aparılmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, martın 20-də Ağ Evdə keçirilən görüşdə, Yəməndə baş verən olaylar, İranın yaraqlı husilərə yardımı və rəsmi Tehranın  Yəməndə yürütdüyü təxribat xarakterli siyasəti və bu ölkədə törətdiyi insani faciə, danışıqların əsas mövzularından biri olub: “Görüşdə, “Sepah”ın yardımı ilə husilərin bölgədə törətdiyi təhlükə və bunun qarşısının alınması yolları müzakirə edilib. İki ölkənin rəhbərləri, bölgədə, o cümlədən də Yəməndə yaşayan böhranın dinc yolla aradan qaldırılması üçün siyasi həll variantına üstünlük verdiklərini bildiriblər”.

 

Bəyanatda, iki ölkə liderlərinin apardığı danışıqların detalları açıqlanmayıb.

 

 

Qeyd edək ki, Səudiyyə Krallığının vəliəhdi Məhəmməd Bin Salmanın Amerikaya üç həftəlik səfəri martın 20-də baş tutub. Onun, Ağ Ev rəsmiləri ilə görüşündən sonra Amerikanın digər şəhərlərinə səfər edərək, bu ölkənin iqtisadiyyat, energetika və texnologiya sahələrinin rəsmiləri ilə görüşəcəyi bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar