SON XƏBƏRLƏR

Ağ Evdən Putinin dəvətinə münasibət

2021.10.20, 07:36
Ağ Evdən Putinin dəvətinə münasibət

Gunaz.tv

GünAz TV: Ağ Ev Sözçüsü Sarah Sanders Rusiya prezidenti Vladimir Putinin Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika (BRİCS) ölkələr qrupunun Cənubi Afrikanın paytaxtı Yohannesburqda keçirilən sammitində Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampı Moskvaya dəvət etməsi ilə əlaqədar açıqlama verdi.

 

Sanders açıqlamasında "Prezident Tramp prezident Putini Yeni ildən sonra Vaşinqtonda salamlamağı səbirsizliklə gözləyir və rəsmi dəvət alacağı halda Moskvaya səfər etməyə hazırdır" ifadələrini işlətdi.

 

Qeyd edək ki, Rusiya prezidenti: " Trampı Moskvaya dəvət etməyə hazırıq. Bu dəvəti onsuz da aldı. Mən dəvət etdim" demişdi.

 

Həftə ərzində Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi Con Bolton da Tramp ilə Putin arasında növbəti görüşün Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialarına dair istintaqın başa çatmasından sonra ola biləcəyini bildirmişdi. TRT

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar