Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17 10:41

Aprelin 15-də Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə bir qrup jurnalistin Ağdama səfəri baş tutdu. 

Gunaz.tv Quote | Gunaz article

Səfər çərçivəsində ilk olaraq Uzundərə adlanan ərazidə, daha sonra isə Ağdamın girəcəyində uşaq xəstəxanasının qarşısında, “İmarət”də, həmçinin Pənahəli xanın sarayında, Şəhidlər Xiyabanında, Qaracı qəbirstanlığında, Ağdam Cümə məscidində və Şahbulaq qalasında olduq.

Erməni vandalları tərəfindən yer üzündən silinmiş Ağdam şəhərinə girməzdən öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) meneceri Ehtiram Cəfərov bölgədə mina təmizləmə prosesi ilə bağlı görülən və görüləcək işlərlə bağlı məlumat və zəruri tövsiyələr verdi.

Səfər müddətində jurnalistləri müşayiət edən YAP Ağdam rayon təşkilatının aparat rəhbəri Zülfi Qasımov tanış olduğumuz ərazilər, məzarlıqlar və ümumilikdə dağıdılmış infrastrukturla bağlı ətraflı məlumat verdi.

Təbii ki, Ağdamla bağlı dəfələrlə yazı yazmışıq. Amma real mənzərəni əyani olaraq görmək fərqli təəssürat yaradır. Ermənilər azərbaycanlılara qarşı mümkün olan bütün pislikləri edib, bütün tikililər vəhşicəsinə dağıdılıb. 

Tarixi abidələr məhv edilib, o cümlədən türbələr, həmçinin Xurşudbanu Natəvanın məzarı açılıb.

Tikililərlə yanaşı məzar daşları sındırılıb, bəzi məzarlıqlar artıq yoxdur. Bundan başqa insanın anlamaqda çətinlik çəkdiyi daha bir məqam isə bir çox məzarların qazılaraq insan sümüklərinin harasa aparılmasıdır. 

Ağdam şəhərində salamat tikili qalmayıb. Sadəcə yararsız halda olsa da Məscid dağıdılmayıb ki, məscidin də minarələrindən ermənilər Azərbaycan ordusunun mövqelərini müşahidə üçün istifadə ediblər.

Bütün bu faktlar bizə yalnız bir istiqamət verir. Xarici media ilə daha çox işləmək, dünyada özlərinə məzlum obrazı yaratmış ermənilərin hansı xislətə malik olmasını, ermən vandalizmini bütün dünyaya çatdırmaq. Media olaraq bununla bağlı üzərimzdə ağır məsuliyyət yükü var və buna görə də hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Aramızda olan ağdamlı jurnalsitlərin doğulub böyüdükləri, boya-başa çatdıqları və xarabazara çevrilmiş evlərini, təhsil aldıqları məktəbləri, küçələri görən zaman hönkürtülərini duymaq çox ağır və undulmaz mənzərədir. Ermənilər bizim, vətənimizin bir parçasını, Ağdamımızı, amma onların həm də uşaqlıq xatirələrini yer üzündən siliblər.

Bu ağır mənzərə ilə bağlı yeganə təsəllimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Təbii ki, biz qalib xalq və dövlət olaraq Ağdama və bütün işğaldan azad edilmiş torpaqlarımıza həyatı yenidən qaytaracağıq. Yenə də orada bu gün hönkürən həmkarlarımızın övladlarının, nəvələrinin uşaqlıq xairələri doğulacaq… (xalqcebhesi.az)
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15