SON XƏBƏRLƏR

Ağdamın işğalından 15 il ötür_6 min şəhid verən ağdamlılar 43 gün döyüşüb

2021.10.20, 07:36
Ağdamın işğalından 15 il ötür_6 min şəhid verən ağdamlılar 43 gün döyüşüb

Gunaz.tv
Ağdamın işğalından 15 il ötür 6 min şəhid verən ağdamlılar 43 gün döyüşüb İyulun 23-də Ağdam şəhərnin işğalından 15 il ötür. 1993-cü il saat 17-də 43 gün döyüşən Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisi işğal edilib. 171 min sakinin 145 min 359-u köçkün olub. İşğal nəticəsində rayon mərkəzilə birgə 90 kəndi, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə müəssisəsi düşmən əlinə keçib. Ağdam uğrunda gedən döyüşlərdə 6 min şəhid verilib, on mindən artıq sakin isə yaralanıb. Ermənilər rayonun müqəddəs ziyarətgahlarını dağıdıb, məscidi anbar kimi istifadə edir. ("OLAYLAR"İA) ---------------------------------------------------------------- Bakının gələcək görkəmi Yeni layihədə paytaxtda ciddi dəyişikliklər nəzərdə tutulub Bakının yeni şəhərsalma strategiyasının hazırlanması üçün görülən texniki işlər yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə həyata keçiriləcək "Böyük Bakı regional inkişaf planı" layihəsinə uyğun paytaxtda dəyişikliklər baş verəcək. Bu barədə "OLAYLAR"a məlumatlı mənbədən bildiriblər. Mənbədən qeyd edilib ki, layihəyə əsasən qanunsuz və şəhərsalma qaydalarına zidd binaların sökülməsi nəzərdə tutulub. Lakin həmin mənzillər gözlənildiyindən daha çox olduğundan problemlər yaranacağı gözlənilir: "Hələlik məsələ ilə bağlı müzakirələr aparılır. Bakının yeni Baş Planında şəhərin tamamilə dəyişdirilməsi nəzərdə tutulub. Buna görə də Baş Planın hazırlanması yubanır". Qeyd edək ki, şəhərsalma qaydalarına zidd tikilən binaların sökülməsi milyonlarla manat ziyana başa gələcək. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar