Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib

21.11.2019, 13:14

GünAz TV: Ağır iqtisadi böhranla üzləşən və təqribən 4.7 milyard dollar büdcə kəsri yaranan İran dilemmadan qismən çıxmaq üçün kredit almaq niyyətindədir.

 

Bu istiqamətdə bu gün ölkənin Enerji naziri Rza Ərdəkaniyanın Moskvaya səfər edib, bir sıra görüşlər keçirəcəyi gözlənilir.

 

Nazir özü ötən gün keçirilən hökumət kabinetinin iclasında 5 milyard dollarlıq kreditin alınmasına İran Milli Məclisi tərəfindən razılıq verildiyini, pulun 1-2 milyard dollarının Hörmüzqanda 1400 megavatlıq elektrik stansiyasının tikintisinə, 1 miyardının isə İncəburun- Gərmsar dəmir yolunun elektrik dirəklərinin basdırılması və xəttlərinin çəkilməsinə sərf ediləcəyini deyib.

 

“Mən Rusiya ilə Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının sədri kimi bu ölkənin İrana ayırdığı dövlət krediti üzrə zəruri prosesləri həyata keçirmək üçün müxtəlif orqanların nümayəndələrindən ibarət heyətlə sabah Moskvaya yola düşəcəm”, - deyə nazir dünənki iclasda əlavə edib.

 

Rza Ərdəkaniyan qalan məbləğin 2 min metro vaqonunun alınması, Zahidan- Bircənd dəmir yolu xəttinin tamamlanması, Gotvənd Su Elektrik Stansiyasının gücünün 1000-dən 1640 megavata çatdırılması və 180 megavatlıq Əhvazın Ramin elektrik paylayıcı şəbəkəsinin yenidən qurulmasına sərf ediləcəyini bildirib. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Günaz.TV-də müzakirə: “Bahalaşmaya etirazlar davam edir” -VİDEO

2022-05-17

gun az article

Təbriz və Ankara turizm sahəsində əməkdaşlıq edəcəklər

2022-05-17

gun az article

Təbrizdə çörək qıtlığı yaranıb

2022-05-17

gun az article

Miyanada tarixi əsər qaçaqmalçıları həbs olunub

2022-05-17

gun az article

Ərdəbildə həbs olunanlara qarşı cinayət işi açılır

2022-05-17

gun az article

"Parlaq gələcək”də müzakirə: “Güney Azərbaycanda iqtisadi və ictimai-siyasi durum”-VİDEO

2022-05-17

gun az article

“Azadlıq səsi”: “İran bahalaşma və artan etirazlar” və “İrandakı etirazlar və Milli Hərəkatın tutumu” -VİDEO

2022-05-17

gun az article

“Düşünməyə çağırış”da müzakirə- “Milli içərik daşıyan şüarlar” -VİDEO

2022-05-17

gun az article

Muğanda ​​​​​​​“Buta” Azərbaycan musiqi qrupunun konsertinə icazə verilməyib

2022-05-17

gun az article

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti İrandakı etirazlarla bağlı bəyanat yayıb

2022-05-17

gun az article

İsfahanlı molla: "Azərbaycan rəqsi insan tərbiyəsinə uyğun deyil"- VİDEO

2022-05-16

gun az article

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022-05-16

gun az article

Kərkük türkmənlərindən kürdlərə etiraz

2022-05-16

gun az article

İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

2022-05-16

gun az article

Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib-VİDEO

2022-05-15

gun az article

Təbrizdə divarlara etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağırılıb-FOTOLAR

2022-05-15

gun az article

Ərdəbil əyalətində həkim çatışmazlığı

2022-05-15

gun az article

İran televiziyası və Mədəni İrs Təşkilatı Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

2022-05-15

gun az article

“Azadlıq, ədalət, milli hökumət”- Milli Hərəkat fəalları İrandakı son hadisələrlə bağlı bəyanat yayıb

2022-05-15

gun az article

Kərəcdə ərzaq üsyanı: İran bayraqları endirildi

2022-05-13