SON XƏBƏRLƏR

Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb

2022.07.21, 05:00
Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb

Gunaz.tv

Zəngilandan olan məcburi köçkünlər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.

Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb.

O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.

Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir.

Növbəti mərhələdə daha 11 ailə yola salınacaq. (report.az)


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar