SON XƏBƏRLƏR

Daha bir tanınmış iranlı idmançı xaricə sığınıb

2022.05.12, 06:24
Daha bir tanınmış iranlı idmançı xaricə sığınıb

Gunaz.tv

İranın ağır atletika ilə məşğul olan tanınmış idmançısı Yekta Camali də mühacirət edib.

Onun Yunanıstanda komanda düşərgəsini tərk edərək yoxa çıxdığı bildirilir. O, ağır atletika sahəsində beynəlxalq medal qazanan ilk iranlı qadın idmançıdır.

Xatırladaq ki, bundan öncə yüzlərlə iranlı idmançı hökumətin ölkədə onlara qarşı biganə yanaşması, habelə təzyiq və basqılara məruz qoyması səbəbilə bir dəfəlik olaraq ölkəni tərk edib digər dövlətlərə sığınıblar. 

İran rejiminin bir neçə gün öncə açıqlanan yeni qərarına əsasən, ölkədə qadınların ağır atletika ilə məşğul olması qadağan edilmişdi. Görünür, xanım Camali də bu səbəbdən ölkəni tərk edərək başqa bir dövlətə sığınmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, son bir ayda İranın iki məşhur udmançısı Azərbaycana mühacirət edib.

Onlardan biri İranın avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri, başqa birisi isə İran millisinin keçmiş cüdoçusu Səid Mövlayidir. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar