SON XƏBƏRLƏR

Zahidanda etnik bəluçların etiraz aksiyası keçirilir-Cümə imamı Xameneyini tənqid etdi-VİDEO

2022.11.11, 10:07
Zahidanda etnik bəluçların etiraz aksiyası keçirilir-Cümə imamı Xameneyini tənqid etdi-VİDEO

Gunaz.tv

Nümayişlər bundan öncə bir çox qurum, insan haqları və siyasi təşkilatların, habelə bəluç din xadimləri və ağsaqqallarının sentyabrın 30-da Zahidanda öldürülən 100-ə yaxın sünni məzhəbli etnik bəluçun 40 mərasimi ilə əlaqəlidir.

"Xameneyiyə ölüm", "diktatora ölüm" şüarları səsləndirən etnik bəluçlar adı çəkilən şəhərlərin küçələrinə axışıblar.

Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid bu günkü cümə namazı çıxışında hökuməti bəluçlara qarşı qəddarlığa, ayri-seçkiliyə və xalqın istəklərini nəzərə almadığına görə sərt tənqid edib.

"Xalqın narazı olduğu hakimiyyət dərdə dəyməz",-deyə, o bildirib.

cümə imamı Sistan-Bəluçistan əyalətindən İran parlamentinə göndərilən millət vəkillərinə müraciət edərək onların xalqın yanında olmadıqları üçün bəluçlar adından danışmağa haqları olmadığını söyləyib.

"Siz xalqın nümayəndələrisiniz. Dünyanın harasında görünüb ki, illət vəkilləri xalqın əleyhinə səs versinlər",-deyən Moləvi Əbdülhəmid İran parlamentində 227 nümayəndənin etirazçıların edam edilməsi ilə bağlı tələblərini qınayıb.

"Biz Xameneyinin hakimiyyəti altında heç bir azadlıq əldə etməmişik. hansı siyasi partiya və təşkilatın fəaliyyəti azaddır? Bizim nə spz nədə qələm azadlığımız var",- deyə, sünni məzhəbli din xadimi İran rəhbəri Əli Xameneyinin azadlıqlar barədə fikirlərini yalan adlandırıb.

O, İranın bütün bölgələrində həbs edilən etirazçıların azad edilməsini tələb etməklə yanaşı etnik bəlçları cümə namazından sonra dinc etiraz aksiyalarına çağırıb.

Bəluç fəalların verdiyi məlumata görə, etiraz aksiyalarının ilk dəqiqələrində hökumət qüvvələri nümayişçilərə qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə ediblər.

Sistan-Bəluçistan əyalətinin şəhərləri ilə yanaşı İranın başqa şəhərlərində də etiraz aksiyaları başlayıb.
 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar