SON XƏBƏRLƏR

Zahidan şəhərində izdihamlı aksiya keçirilir

2022.10.28, 10:39
Zahidan şəhərində izdihamlı aksiya keçirilir

Gunaz.tv

Bu gün oktyabrın 28-də Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində izdihamlı etiraz aksiyası başlayıb.

Cümə namazından sonra küçələrə axışan sünni məzhəbli etnik bəluçlar Əli Xameneyi əleyhinə şüarlar səsləndiriblər.

Bir gün bundan öncə Zahidanın sünni cümə imamı Moləvi Əbdülhəmid İran rəsmilərinin sentyabrın 30-da hökumət məmurları tərəfindən Zahidanda onlarla vətəndaşı öldürmələrinə münasibət bildirmələrini tələb edib.

Zahidan şəhərindən yayılan videolarda hökumət qüvvələrinin şəhərə, xüsusilə Məkki məscidi ətrafına çox sayda canlı qüvvə və ağır silahlar cəlb etdikləri görünür.

Qeyd edək ki, sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar