SON XƏBƏRLƏR

Zahidan zindanında biri qadın olmaqla 5 məhbus edam edilib

2022.09.10, 09:00
Zahidan zindanında biri qadın olmaqla 5 məhbus edam edilib

Gunaz.tv

Bu gün sentyabrın 10-da İranın Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində adam öldürməkdə ittiham olunan daha 5 məhbus edam edilib.

İran İnsan Haqları Təşkilatı edam edilən 38 yaşlı Xalid Rəisi, 27 yaşlı Əmrullah Bəsic, 42 yaşlı Əbdülnəsir Şəhbəxş və 27 yaşlı Huşəng kordun miliyyətcə etnik bəluç olduqların bildirib.

Məlumatda edam edilən 5-ci məhkumun qadın olduğu və hələlik onun kimliyinin dəqiqləşdirilməsinin mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, son edamlarla sentyabr ayının ilk 10 günündə İran zindanlarında asılaraq həyatlarına son qoyulan məhkumların sayı 34 nəfərə çatıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar