SON XƏBƏRLƏR

Zahidan zindanında məhbus öldürülüb

2022.05.06, 09:55
Zahidan zindanında məhbus öldürülüb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında daha bir məhbus həyatını itirib.

Məhəmməd Pərvaz adlı məhkumun ölümündən sonra həbsxana məsulları onun ailəsinə məlumat versələrdə, ölüm səbəbləri barədə heç bir açıqlama verməyiblər.

7 ay öncədən Zahidan zindanında saxlanılan məhkumun icbari etiraf almaq üçün döyülüb və işgəncə edildiyi üçün öldüyü bildirilir.

İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, 2021-ci ilin yanvarından dekabr ayına kimi Zahidan zindanında ən azı 20 məhkum öldürülüb. 

Qeyd edək ki. aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, bildirib. 

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.  

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar