SON XƏBƏRLƏR

"Məni öldürmək istəyirlər"- İranın sabiq prezidentindən şok iddia

2022.02.22, 09:45
"Məni öldürmək istəyirlər"- İranın sabiq prezidentindən şok iddia

Gunaz.tv

O, bunun rejimə bağlı bir sıra qaranlıq qurumlar və təhlükəsizlik xidməti tərəfindən planlaşdırıldığı barədə məlumatlı olduğunu deyib.

“Məni öldürməyi planlaşdırırlar. Bəziləri mənim aradan götürülməyimi istəyirlər.

Onlar elə bilirlər ki, bir nəfəri aradan götürməklə 85 milyon əhalini susdura biləcəklər”-deyə, Mahmud Əhmədinejad bildirib.

Qeyd edək ki, Mahmud Əhmədinejadın dəfələrlə SEPAH, ETTELAAT və rejimin yüksək rütbəli məmurlarının cinayətləri ilə bağlı ifşaedici çıxışları İran mediası və hakimiyyət içində çaxnaşmaya səbəb olub.

İlk vaxtlar ali rəhbər Əli Xamneyiyə toxunmasa da son illər cinayət sisteminin başında onun durduğuna işarə edən çıxışları keçmiş prezidentə qarşı basqıların artmasına səbəb olub.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar